Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gəlib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
O, bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammitinə qatılacaq.
Qeyd edək ki, KTMT-yə Ermənistan sədrlik edir.