İsveç parlamenti NATO-ya üzvlüklə bağlı təhlükəsizlik-siyasi təhlil hesabatını açıqlayıb.
İsveç parlamenti NATO-ya üzvlüyün regionda təhlükəsizliyi gücləndirəcəyini bəyan edib.
“NATO-ya üzv olmaq qonşularımızın müdafiəsini gücləndirəcək, çünki Baltik dənizi və Şimal dənizi bir təhlükəsizlik siyasi regionudur”, - hesabatda bildirilir.
İsveçin xarici işlər naziri Ann Linde də NATO-ya üzvlüyün “sabitləşdirici təsiri” olacağını diqqətə çatdırıb.
O qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü hərbi münaqişələrin baş vermə ehtimalını yüksək dərəcədə azaldacaq: “Beləliklə, Avropanın şimalında münaqişənin qarşısını alacaq təsirə malik olacaq”.
Xatırladaq ki, mayın 12-də İsveçin qonşusu Finlandiya hökuməti NATO-ya üzvlük prosesinin başladılmasına rəsmi təsdiq verib.