• 10 Oktyabr 2024
logo
Britaniya MN: Ukrayna ordusu Xarkovun şimalında əks-hücumları davam etdirir

Britaniya MN: Ukrayna ordusu Xarkovun şimalında əks-hücumları davam etdirir

Rusiya sərhədinə doğru bir neçə şəhər və kəndi geri alan Ukrayna Ordusu Xarkovun şimalında əks-hücumları davam etdirir.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, Rusiyanın Donbasdakı hərbi əməliyyatları prioritet qəbul etməsi nəticəsində onun Xarkov vilayətində yerləşdirdiyi qüvvələr mobil və yüksək motivasiyalı Ukrayna qüvvələrinin əks-hücumları qarşısında həssas vəziyyətə düşüb: “Rusiyanın münaqişənin ilkin mərhələlərində Xarkovu mühasirəyə almasına baxmayaraq, ağır itkilərdən sonra yenidən cəmlənmək və əvəzləmək məqsədilə qüvvələrini bölgədən çıxardığı bildirilir. Yenidən təşkilatlandırıldıqdan sonra bu qüvvələr çox güman ki, Severskiy Donetsk çayının şərq sahilinə yerləşdiriləcək və Rusiyanın əsas qüvvələrinin cəmləşməsinin qərb cinahını və İzyum yaxınlığındakı əməliyyatların əsas təchizat yollarını qorumaq üçün bloklayıcı qüvvə təşkil edəcəklər”.
Əlavə olunub ki, Rusiyanın qüvvələrini Xarkov vilayətindən çıxarması onun əvvəllər məhdud müqavimət gözlədiyi Ukraynanın əsas şəhərlərini ələ keçirə bilməməsini üstüörtülü şəkildə qəbul etməsidir.