• 10 Oktyabr 2024
logo
ABŞ hərbi kəşfiyyatı Cill Baydenin Ukraynaya səfərinin təhlükəsiz keçmədiyini açıqlayıb

ABŞ hərbi kəşfiyyatı Cill Baydenin Ukraynaya səfərinin təhlükəsiz keçmədiyini açıqlayıb

ABŞ hərbi kəşfiyyatının direktoru Skott Berrier ölkənin birinci xanımı Cil Baydenin Ukraynaya səfərinin tam təhlükəsiz şəraitdə baş tutmadığını bildirib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, o, bunu Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı deyib.
Konqresmenlərin “Ukraynaya hazırda səfər edənlərin “ciddi təhlükə” ilə üzləşdiklərini düşünürmü?” sualına Berri "Bəli, əlbəttə" cavabını verib.
Daha sonra ondan ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfərinin “tamamilə təhlükəsiz” keçdiyini düşünüb-düşünmədiyini soruşulub.
"Xeyr, mən belə deməzdim", - ABŞ hərbi kəşfiyyatının rəhbəri cavab verib.
Ağ Evin mətbuat fondunun daha əvvəl bildirdiyi kimi, ABŞ-ın birinci xanımı Avropaya səfəri çərçivəsində keçən həftə sonu Ukraynada iki saatdan az vaxt keçirib. Əvvəlcədən onun ölkəyə səfəri barədə məlumat verilməyib.