Ukrayna Silahlı Qüvvələri 1 003 yaşayış məntəqəsini azad edib, onlardan 224-də minalar təmizlənib.
Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Kiril Timoşenko keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Ukrayna polisi artıq azad edilmiş 600-dək şəhər və kənddə fəaliyyətini bərpa edib. Bundan başqa, 650-dək yaşayış məntəqəsinə qaz tədarükü bərpa edilib.