Ukraynanın İzyum şəhərində dağıdılmış beşmərtəbəli yaşayış binasının qalıqları altından 44 mülki şəxsin meyiti tapılıb.
Bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” hesabındakı paylaşımında bildirib.
O, yaşayış binasının martın ilk ongünlüyündə Rusiya qüvvələri tərəfindən dağıdıldığını qeyd edib.