• 9 Dekabr 2024
logo
Honq Konqda etirazçılar parlamentə hücum etdi

Honq Konqda etirazçılar parlamentə hücum etdi

Honq Konqda növbəti etiraz aksiyası keçirilib.
Trend-in məlumatına görə, aksiya iştirakçıları parlament binasına hücum etməyə çalışıblar.
Etirazçılar yol nişanları və digər vasitələrdən istifadə etməklə parlament binasının qapı və pəncərələrini sındırıblar.
İçəridə onları dəyənək və bibər qazları ilə polis qüvvələri qarşılayıb. Baş verən toqquşmada xəsarət alanların olduğu deyilir.
Bugünkü etiraz aksiyası Honq Konqun Böyük Britaniya tərəfindən Çinə təhvil verilməsinin ildönümünə həsr olunub.
Xatırladaq ki, iyun ayında Honq Konqda regionun Çinlə ekstradisiya sazişinə etiraz olaraq aksiyalar keçirilmişdi.