Ermənistanda etiraz aksiyaları davam edir.
"Sputnik Armeniya" xəbər verir ki, müqavimət hərəkatının liderlərindən biri İşxan Saqatelyan Ermənistan polisini baş naziri Nikol Paşinyanın təzyiqlərinə uymamağa və nümayişçilərə qarşı qanunsuz hərəkətlər etməməyə çağırıb.
Siyasətçi bunu yürüş zamanı, etirazçılarla polis binasında olarkən bildirib.
O bildirib ki, Paşinyan bütün vasitələrlə polisi qanunsuz əməllərə təhrik etməyə çalışacaq.
Saqatelyan təhlükəsizlik qüvvələrini nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiq etməkdə ittiham edib.
"Bir daha sizi Konstitusiya çərçivəsində davranmağa çağırıram! Əks halda, qanunsuzluğa yol verənlərin hamısı məsuliyyətə cəlb olunacaq. Biz zorakılıq edənləri qeydə alacağıq",- deyə Saqatelyan bildirib.
Müxalifətçi daxili qoşunların komandanına xəbərdarlıq edib.