Filippinin cənub sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Zəlzələ Mati şəhərindən 110 kilometr cənubda, 25 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.