Rusiya işğalçıları Mariupolun “Azovstal” bölgəsində Ukrayna bölmələrini məhv etməyə çalışırlar.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib.
“Mariupolda “Azovstal” ərazisindəki bölmələrimizi mühasirəyə salmaq və məhv etmək cəhdləri davam edir. Bəzi ərazilərdə aviasiyanın dəstəyi ilə düşmən zavodun ərazisinə nəzarəti ələ keçirmək üçün yenidən hücuma keçib. Uğur əldə etməyiblər”, - Baş Qərargah bildirib.
Bundan başqa, düşmən Şərq Əməliyyat Zonasında da hücum əməliyyatlarını davam etdirir.