• 17 Yanvar 2025
logo
Moskvada 40-a yaxın iraqlı turist itkin düşüb

Moskvada 40-a yaxın iraqlı turist itkin düşüb

40-a yaxın iraqlı turist Moskvada itkin düşüb.
Rusiya hüquq-mühafizə orqanları xəbər verir ki, may tətilinə gələn 38 iraqlı turist Moskvada yoxa çıxıb.
“Aralarında uşaqların olduğu İraqdan olan 38 turist aprelin 30-da Moskvaya ekskursiyaya gəliblər. Onlar otelə yerləşiblər, mayın 1-də və 2-də isə onlarla əlaqə kəsilib", - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onun sözlərinə görə, otel nömrələrində turistlərin paltarları olan çamadanlar qalıb.
Mənbə əlavə edib ki, polis iraqlıların yoxa çıxması ilə bağlı araşdırma aparır.