Rusiyanın Odessada yataqxanaya raket zərbəsi endirməsi nəticəsində 14 yaşlı oğlan və 17 yaşlı qız həlak olub.
CNN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
“Nə üçün? Bu uşaqlar və yataqxana Rusiya dövlətini təhdid etmək üçün nə edib?”, - Zelenski deyib.
Zelenski Ukraynanın Rusiya tərəfindən işğalının başlamasından sonra 220 uşağın həlak olduğunu bildirib.
O, ən az 1570 təhsil müəssisəsinin top atəşi ilə məhv edildiyini və ya zədələndiyini əlavə edib.