• 10 Oktyabr 2024
logo
Borrel: “SWIFT-dən kənarlaşdırılan Rusiya banklarının sayı arta bilər"

Borrel: “SWIFT-dən kənarlaşdırılan Rusiya banklarının sayı arta bilər"

Avropa xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel bildirib ki, SWIFT-dən kənarlaşdırılan Rusiya banklarının sayı arta bilər.
Diplomat bunu Latın Amerikasına səfəri vaxtı bildirib.
“Maliyyə sahəsində daha çox rus bankı SWIFT-dən kənarlaşdırıla bilər. Lakin konkret hansı bankın olacağını söyləyə bilmərəm” – deyə diplomat qeyd edib.