• 11 Oktyabr 2024
logo
Zelenski: "Ukrayna on milyonlarla ton taxıl itirə bilər"

Zelenski: "Ukrayna on milyonlarla ton taxıl itirə bilər"

Rusiyanın Qara dənizdəki limanları blokadaya alması səbəbindən Ukrayna on milyonlarla ton taxıl itirə bilər.
"Reuters" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliyanın "60 dəqiqə" xəbər proqramına müsahibəsində deyib.
O bildirib ki, bu Avropa, Asiya və Afrikaya təsir edəcək ərzaq böhranına səbəb ola bilər.
"Rusiya gəmilərin daxil olmasına və tərk etməsinə icazə vermir, Qara dənizə nəzarət edir. Rusiya ölkəmizin iqtisadiyyatını tamamilə bloklamaq istəyir”, - Prezident Zelenski deyib.
Qeyd edək ki, Ukrayna taxıl və digər ərzaq məhsullarının, həmçinin metalların əsas ixracatçısıdır.