• 2 Dekabr 2020
logo
Hindistan və Ermənistan arasında hərbi anlaşma – İrəvanda

Hindistan və Ermənistan arasında hərbi anlaşma – İrəvanda

Ermənistanın müdafiə naziri David Tonoyan Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalı qəbul edib.
Görüş zamanı Ermənistan-Hindistan ikitərəfli müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər hərbi-texniki, hərbi-təhsil, kadr hazırlığı, sülhməramlılıq, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlib.
Bir neçə ay əvvəl Ermənistanın Hindistandan raket kompleksləri və digər hərbi texnikaların alacağı ilə bağlı xəbər yayılmışdı.