• 29 May 2022
logo
Ukraynaya yardım üçün beynəlxalq donorlar konfransı keçiriləcək

Ukraynaya yardım üçün beynəlxalq donorlar konfransı keçiriləcək

Ukraynaya humanitar yardım məqsədi ilə Varşavada beynəlxalq donorlar konfransı keçiriləcək.
Konfrans Polşa Baş naziri Mateuş Moravietski və İsveç Baş naziri Maqdalena Anderssonun birgə təşəbbüsü çərçivəsində keçirilir.
Mayın 5-də Varşavada baş tutacaq beynəlxalq donorlar konfransına Polşanın Baş naziri Mateuş Moraviteski, İsveçin Baş naziri Maqdalena Andersson, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sədrlik edəcək.
Konfransda dövlət və hökumət başçıları, qlobal biznes və maliyyə institutlarının nümayəndələrinin iştirakı gözlənilir. Beynəlxalq konfrans qarşıdakı aylarda müharibədən zərər çəkmiş Ukrayna üçün yardım tədbirlərinə start verəcək.
Konfransın məqsədi Ukraynanın artan humanitar ehtiyacları üçün vəsait toplamaqdır.
Qeyd edək ki, BMT Ukraynada gedən müharibə nəticəsində 13 milyon ukraynalının təcili humanitar yardıma ehtiyacı olduğunu bəyan edib. Bura sığınacaqlar, qida və tibbi ləvazimatlar aiddir.