• 1 Dekabr 2020
logo
ABŞ-dan Tiflisə məktub: Hərəkətinizdən şoka düşmüşük

ABŞ-dan Tiflisə məktub: Hərəkətinizdən şoka düşmüşük

Gürcüstanın ABŞ Konqesindəki dostlar qrupu ölkənin baş naziri Georgi Qaxariyaya açıq məktub göndərib.
Açıq məktubda konqresmenlər Gürcüstan hakimiyyətinin vəd etdiyi siyasi reformlardan imtina etməsindən narahat olduqlarını vurğulayıblar.
“Biz parlamentdə vəd verilən reformların uğursuzluğa düçar olmasından şoka düşmüşük. Gürcüstan illərdir ki, AB və Venesiya Komissiyası ilə birgə bu islahatlar üzərində çalışır. Vədlər təkcə beynəlxalq ictimaiyyətə deyil, həm də gürcü xalqına verilib. Ümid edirik ki, gürcü rəsmiləri dərhal danışıqları yeniləyəcək və bu vacib islahatlar paketini təsdiqləyəcək”, - məktubda bildirilib.
Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyası vədinə xilaf çıxaraq, proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsini dəstəkləməyib.