• 21 May 2022
logo
BMT baş katibi: "Buçada törədilən hərbi cinayətlər araşdırılmalıdır"

BMT baş katibi: "Buçada törədilən hərbi cinayətlər araşdırılmalıdır" - VİDEO

Ukraynada səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş Buça, İrpin və Borodyankaya baş çəkib.

Antonio Quterreş Buçada hərbi cinayətlərin törədilməsinin araşdırılmasının vacibliyini vurğulayıb.

O, Moskvanı bu istintaqı qəbul etməyə və Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyə çağırıb.

BMT Baş katibi bu ərazilərdə baş verənlərin 21-ci əsrdə qəbulolunmaz olduğunu vurğulayıb.

"Bu dəhşətli mənzərə bir daha bir faktı təsdiqləyir ki, mülki əhali müharibədə ən ağır bədəli ödəyir. Günahsız mülki sakinlər bu evlərdə yaşayırdılar onların heç bir günahı olmadığı halda onlar müharibənin dəhşətli nəticələri ilə üzləşdilər. Bunu dünyada hər kəs hər zaman xatırlamalıdır: nə zaman ki, müharibə baş verir mülki əhali ən çox əzab çəkən tərəf olur. Biz unutmamalıyıq ki, müharibə özlüyündə ən ağır cinayətdir", BMT Baş katibi vurğulayıb.