• 29 May 2022
logo
Britaniya Kəşfiyyatı: “Rusiya itirilmiş “Moskva” kreyserini əvəz edə bilmir”

Britaniya Kəşfiyyatı: “Rusiya itirilmiş “Moskva” kreyserini əvəz edə bilmir”

Sualtı qayıqlar da daxil olmaqla Rusiya Hərbi Dəniz Qüvvələrinin təxminən 20 gəmisi hazırda Qara dəniz əməliyyat zonasındadır.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Bosfor boğazı Türkiyəyə məxsus olmayan bütün hərbi gəmilər üçün bağlı olaraq qalır və bu səbəbdən Rusiya Qara dənizdə itirdiyi “Moskva” kreyserini əvəz edə bilmir.
Əlavə olunub ki, “Saratov” desant gəmisi və “Moskva” kreyserini itirməsinə baxmayaraq Rusiyanın Qara Dəniz Donanması Ukraynaya və onun sahilyanı hədəflərinə zərbə endirmək qabiliyyətini saxlayır.