• 1 İyul 2025
logo
Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb

Rusiya Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxıb.
Bu barədə təşkilatın Baş katibi Zurab Pololikaşvili “Twitter“də bildirib.
“Bu gün Rusiya UNWTO-dan çəkilmək niyyətini bəyan etdi. Bizim əsasnaməmiz bəllidir: sülh və insan haqlarına universal hörmət naminə turizmin təşviqi. Yalnız buna sadiq qalan üzvlər UNWTO üzvü ola bilər”, - Baş katib qeyd edib.