• 12 İyul 2025
logo
Şarl Mişel Rusiyanın bəzi Aİ ölkələrinə qaz tədarükünü kəsməsini pisləyib

Şarl Mişel Rusiyanın bəzi Aİ ölkələrinə qaz tədarükünü kəsməsini pisləyib

“Qazprom”un Aİ-yə üzv bəzi ölkələrə qaz tədarükünü kəsmək qərarı Rusiyanın növbəti birtərəfli aqressiv addımıdır.
Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Twitter“də bildirib.
O, Polşa Baş naziri Mateuş Moravietski və Bolqarıstan Baş naziri Kiril Petkov ilə əlaqədə olduqlarını bildirib: “Biz vahid qalacağıq, Avropa İttifaqı vahid qalacaq və Rusiyanın enerji idxalını tədricən dayandırarkən bir-birimizi dəstəkləyəcəyik”.
Qeyd edək ki, Rusiya Polşa və Bolqarıstana təbii qazın nəqlini dayandırıb.