• 28 May 2022
logo
Gürcüstanda daha 290 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 290 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 290 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 654 665, ölənlərin sayı isə 16 802 nəfərə çatıb. Virusa yoluxanlardan 1 636 188 nəfərin sağaldığı bildirilir.