• 2 İyul 2025
logo
Rusiyanın Belqorod vilayətində silah anbarında yanğın olub

Rusiyanın Belqorod vilayətində silah anbarında yanğın olub - YENİLƏNİB 

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Köhnə Nelidovka kəndinin ərazisində silah anbarında yanğın söndürülüb.
TASS xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qubernator mülki əhali arasında zərərçəkənlərin olmadığını bildirib.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
V. Qladkov Rusiya Müdafiə Nazirliyindən açıqlama gözlədiklərini deyib.
***
06.44

Rusiyanın Belqorod vilayətinin Köhnə Nelidovka kəndində sursat anbarı yanır.
Bu barədə qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.
Qubernator qeyd edib ki, mülki tikililər arasında dağını və insan tələfatı qeydə alınmayıb.