Kiyevdə “Rusiya-Ukrayna dostluğu” abidəsinin sökülməsinə başlanılıb.
CNN xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.
“Bu gün söküntü işlərinə başlanılıb və biz bunu bu gecə bitirməyi planlaşdırırıq. Biz 1982-ci ildə Ukrayna paytaxtının mərkəzində quraşdırılmış iki fəhlənin bronz abidəsini ləğv edirik. Rusiya bizim dövlətimizi və dinc ukraynalıları məhv etmək kimi barbar bir arzu nümayiş etdirib”, - Kliçko bildirib.