• 27 May 2022
logo
Rusiya XİN başçısı: “Kiyev danışıqlarda maraqlı deyil”

Rusiya XİN başçısı: “Kiyev danışıqlarda maraqlı deyil”

Moskva Ukrayna ilə bağlı danışıqlar prosesinin tərəfdarıdır, lakin görünür, Kiyev indi bunda maraqlı deyil. Ukraynanın silah-sursatla yüklənməsi davam edərsə, danışıqların səmərə verəcəyi ehtimalı azdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş katibi Antoniu Quterreşlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Danışıqlar yolu ilə həllə gəlincə, bəli, biz danışıqlar yolu ilə həllin tərəfdarıyıq. Bildiyiniz kimi, martın əvvəlində Prezident Zelenskinin danışıqlar təklifindən dərhal sonra biz razılaşdıq. Ancaq Ukrayna nümayəndə heyətinin danışıqlarda özünü necə aparması, Prezident Zelenskinin özünün bir həftə əvvəl bizim yeni təkliflərimizi aldığını təsdiqləməkdən imtina etməsi... Mən bu barədə dəfələrlə danışmışam. Bu, əlbəttə ki, üzücüdür”, - Rusiya XİN başçısı vurğulayıb.