• 17 Sentyabr 2024
logo
Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqlarındakı vəziyyət barədə məlumatlandırıb

Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqlarındakı vəziyyət barədə məlumatlandırıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.
“Ərdoğanın Mariupoldakı vəziyyətlə bağlı qaldırdığı məsələ ilə bağlı Rusiya prezidenti qeyd edib ki, şəhər azad edilib və orada hərbi əməliyyatlar aparılır. “Azovstal” zavodunun ərazisində mühasirəyə alınmış ukraynalı hərbçilərə və millətçi batalyonlara gəlincə, Kiyev hakimiyyəti siyasi məsuliyyəti öz üzərinə götürməli və humanist mülahizələri rəhbər tutaraq onlara silahı yerə qoymağı əmr etməlidir.
Vladimir Putin türkiyəli həmkarını Rusiya və Ukrayna nümayəndələrinin danışıqlarındakı vəziyyət barədə də məlumatlandırıb.
Liderlər Türkiyə gəmilərinin Rusiya tərəfinin təşkil etdiyi dəniz humanitar dəhlizi boyunca Qara dənizdəki limanlardan təhlükəsiz şəkildə çıxması üçün iki ölkənin müdafiə nazirlikləri arasında koordinasiyanı davam etdirməyə razılaşıblar.
Telefon danışığə zamanı ikitərəfli münasibətlərin, o cümlədən hava nəqliyyatı və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələlərinə də baxılıb. Ticarət-iqtisadi əməkdaşlığın artımından xüsusi məmnunluq ifadə olunub.
Müntəzəm dialoqun davam etdirilməsi razılaşdırılıb”, - deyə Kremlin məlumatında qeyd olunub.