• 21 May 2022
logo
Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı birgə müraciət edəcək

Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı birgə müraciət edəcək

Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı may ayında birgə müraciət edəcək.
“Reuters“ xəbər verir ki, bu barədə hər iki ölkənin yerli mətbuatında məsələ ilə əlaqədar mənbələrə istinadən məlumat paylaşılıb.
Bildirilib ki, mayın 16-da hər iki ölkənin liderlərinin görüşü planlaşdırılıb və daha sonra alyansa üzvlüklə bağlı planlar ictimaiyyətə bəyan ediləcək.