• 29 May 2022
logo
Rusiya Almaniyanın 40 diplomatını ölkədən çıxarır

Rusiya Almaniyanın 40 diplomatını ölkədən çıxarır

Almaniya səfiri Geza Andreas von Geyr Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
“Almaniya Federativ Respublikası hökumətinin 2022-ci il aprelin 4-də Rusiya diplomatik qurumlarının 40 əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı açıq-aşkar qeyri-dost qərarı ilə əlaqədar Almaniyanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbərinə kəskin etiraz edilib.
AFR hökumətinin yuxarıda qeyd olunan qərarına cavab olaraq, Almaniyanın Rusiyadakı diplomatik qurumlarının 40 əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı nota Almaniya səfirinə təqdim edilib”, - Rusiya XİN-in məlumatında bildirilib.