• 27 May 2022
logo
Müdafiə naziri: "ABŞ Ukraynaya hərbçi göndərməyəcək"

Müdafiə naziri: "ABŞ Ukraynaya hərbçi göndərməyəcək"

ABŞ Ukraynaya hərbçi göndərməyəcək.
BBC-nin xəbərinə görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri zamanı bildirilib.
Qeyd olunub ki, müharibənin başlamasından sonra amerikalı diplomatların Kiyevə ən yüksək səviyyəli bu səfəri zamanı ABŞ-ın Ukraynaya hərbi yardımları yeniləyəcəyi bildirilib. Lakin rəsmilər bunun ABŞ-ın müharibədə birbaşa iştirakı anlamına gəlmədiyini vurğulayıblar.
“Prezident aydın şəkildə qeyd edib ki, Ukraynada ABŞ hərbçiləri döyüşməyəcəklər və bura Ukrayna səması da daxildir”, - müdafiə naziri Lloyd Ostin jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Ukraynaya səfər çərçivəsində dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevdə Prezident Vladimir Zelenski ilə görüşüblər.