• 21 May 2022
logo
Rusiya Ukraynada hücum əməliyyatlarını aktivləşdirib

Rusiya Ukraynada hücum əməliyyatlarını aktivləşdirib

Rusiya Ordusu Severodonetsk, Kuraxovsk və Popasnya istiqamətlərində hücum əməliyyatlarını aktivləşdirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, Zareçno, Rubejnoe və Popasnya rayonlarında döyüşlər gedir. Mariupolda isə “Azovstal” zavodunda Ukrayna ordusunun bölmələri atəş altında saxlanılır, aviasiya zərbələri endirilir.