• 28 May 2022
logo
Litva Ukraynaya iriçaplı minaatanlar verib

Litva Ukraynaya iriçaplı minaatanlar verib

Litva Ukraynaya iriçaplı minaatanlar verib.

Bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas yerli mətbuata açıqlamasında bildirib.“Biz Ukraynaya dəstək məqsədilə çox sayda ağır minaatanlar təhvil vermişik, mən sayı açıqlamayacağam”, - nazir deyib.

Anusauskas qeyd edib ki, Litva Ukraynaya yalnız “Stinger” sistemləri deyil, eyni zamanda, digər tank və hava hücumundan müdafiə silahları, müxtəlif sursatlar, qumbaralar, pulemyotlar, avtomatlar və. s təhvil verib.

Nazir vurğulayıb ki, Litvanın Ukraynaya göndərdiyi hərbi ləvazimatların dəyəri on milyonlarla avro təşkil edir.