• 21 May 2022
logo
Britaniya MN: Rusiya 9 May öncəsi nəzərəçarpan nailiyyətlər nümayiş etdirmək istəyir

Britaniya MN: Rusiya 9 May öncəsi nəzərəçarpan nailiyyətlər nümayiş etdirmək istəyir

Rusiya, ehtimal ki, 9 May - Qələbə Günü tədbirləri öncəsi nəzərəçarpan nailiyyətlər nümayiş etdirmək arzusundadır.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu, onların həmin tarixə çatmaq üçün əməliyyatları hansı sürətlə və güclə həyata keçirməsinə təsir edə bilər.

Vurğulanıb ki, Rusiya qüvvələri hazırda Donbasda davamlı raket zərbələrinə məruz qalan Kramatorks istiqamətində irəliləyir: “Rusiya Ukraynanın şərqindəki hücumuna yaxın hava dəstəyi vermək üçün Ukraynanın hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək və sıxışdırmaq məqsədi ilə yüksək səviyyəli hava aktivliyini davam etdirir”.