Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Tərəflər iqtisadi sahədə əməkdaşlıq potensialı, investisiyaların təşviqi, infrastrukturun inkişafı və logistika problemlərini müzakirə ediblər.
Ermənistan və Çin XİN rəhbərləri regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb.