• 12 İyul 2025
logo
Macar nazir: “Ərazimizdən Ukraynaya silah daşınmasına icazə verməyəcəyik”

Macar nazir: “Ərazimizdən Ukraynaya silah daşınmasına icazə verməyəcəyik”

“Macarıstan Rusiya-Ukrayna müharibəsinə qoşulmamaq üçün hər şey edir”.
Bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib.
XİN başçısı bildirib ki, Lvovun bombalandığı kimi, Macarıstan şəhərlərinin də bombalanmasını istəmirlər: “Buna görə, öz ərazimizdən Ukraynaya silah daşımağa icazə vermədik və verməyəcəyik”.
O qeyd edib ki, buna baxmayaraq, Macarıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardım göstərməyə davam edir.
Siyarto ölkəsinin Rusiyaya qarşı sanksiyalara qatılmadığını da xatırladıb.