• 29 May 2022
logo
Şoyqu Ukraynadakı müharibənin gedişatı barədə açıqlama verib

Şoyqu Ukraynadakı müharibənin gedişatı barədə açıqlama verib

Rusiya Silahlı Qüvvələri Luqansk və Donetsk Xalq Respublikalarının azad edilməsi planını ardıcıl şəkildə yerinə yetirir. Hərbi qulluqçular döyüş tapşırıqlarını yerinə yetirərkən şücaət və qəhrəmanlıq göstərirlər.
Bunu Rusiya Müdafiə Naziri Sergey Şoyqu kollegiya iclasında çıxışında bildirib.
"Rusiya ordusu xüsusi hərbi əməliyyat zamanı Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqları yerinə yetirir. Donetsk və Luqansk Xalq Respublikalarının azad edilməsi planı ardıcıl olaraq həyata keçirilir, dinc həyatın bərqərar olması üçün tədbirlər görülür", - deyə Rusiya MN başçısı nazir vurğulayıb.
Şoqyu Rusiya Silahlı Qüvvələrinin müasir hərbi qarşıdurma şəraitinə daha yaxşı uyğunlaşmaq üçün yeni döyüş üsullarını tətbiq edəcəyini də söyləyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin fəaliyyət planının ardıcıl icrası ordu və donanmanın daha da inkişaf etdirilməsi, onların müasir hərbi texnika ilə təmin edilməsinə yönəlib: “Bundan başqa, yeni döyüş üsullarının tətbiqi qoşunları müasir silahlı qarşıdurma şəraitinə daha yaxşı uyğunlaşdırmağa imkan verəcək”.