Yunanıstan Rusiyaya məxsus neft tankerini saxlayıb.
"Guardian" xəbər verir ki, bu barədə ölkənin Gəmiçilik Nazirliyinin rəsmisi bildirib.
O deyib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları çərçivəsində göyərtəsində 19 rusiyalı ekipaj üzvünün olduğu Rusiya bayraqlı “Pegas” gəmisi Evia sahilindəki Karystos şəhəri yaxınlığında saxlanılıb.
Sahil təhlükəsizlik rəsmisi saxlanılan gəmidə neft yükünün olmadığını bildirib.