• 7 Sentyabr 2024
logo
Rusiya Ukraynadakı qoşunların yenidən qruplaşdırılmasını tamamlayıb

Rusiya Ukraynadakı qoşunların yenidən qruplaşdırılmasını tamamlayıb

Rusiya Ukraynanın şərqindəki hərbi əməliyyatlarda iştirak edəcək əməliyyat və taktiki aviasiya vasitələrinin sayını 1,5 dəfə artırıb.
Ukrayna mətbuatının xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik keçirdiyi brifinqdə bildirib.
O, Rusiyanın şərq əməliyyat zonasına hücum üçün qoşunlarının yenidən qruplaşdırılmasını tamamladığını vurğulayıb.
"Düşmən Ukrayna infrastrukturuna raket və bomba zərbələrini dayandırmır. Hazırda aqressor praktiki olaraq şərq əməliyyat zonasında hücum üçün qoşunların yenidən qruplaşdırılmasını tamamlayıb. Hücum qruplaşması əlavə Rusiya bölmələrinin nəqli ilə gücləndirilir. Ən gərgin döyüşlər Slobojanske və Donetsk əməliyyat zonalarında baş verir. Pivdenno-Buzkedə düşmən öz mövqelərini gücləndirir və Aleksandrovka kəndi üzərində tam nəzarət əla keçirməyə çalışır”, - Motuzianik qeyd edib.
Motuzianik deyib ki, Rusiya işğal altındakı Krıma quru dəhlizinin stabilliyinin təmin edilməsi məqsədi ilə Donestk və Luqanska nəzarəti ələ keçirməyə çalışır və bu məqsədlə Ukraynanın şərqinə hücum əməliyyatına hazırlaşır.