• 29 May 2022
logo
Kreml hərbi əməliyyatlarda sovet simvollarından istifadə edilməsinə aydınlıq gətirib

Kreml hərbi əməliyyatlarda sovet simvollarından istifadə edilməsinə aydınlıq gətirib

Kreml Ukraynada keçirilən xüsusi əməliyyat zamanı sovet simvollarından istifadə edilməsinə diqqət edir və bunu Qələbə bayrağının həm Rusiyada, həm də xaricdə bir çox nəsil insanlar üçün müqəddəs olması ilə əlaqələndirir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ölkəmizdə istisnasız olaraq bütün nəsillər üçün Qələbə bayrağı müqəddəsdir və bu bayrağın müqəddəs olması təkcə Rusiya aid deyil. Bir çox nəsillər üçün və bir çox ölkələrdə, xüsusən də keçmiş Sovet İttifaqında bu, həm də xüsusi məna daşıyır, həm də hərfi mənada müqəddəs sayılır”, - Kremlin sözçüsü vurğulayıb.