• 15 Sentyabr 2024
logo
Makronun yaxın gələcəkdə Ukraynaya səfər planı yoxdur

Makronun yaxın gələcəkdə Ukraynaya səfər planı yoxdur

Fransa Prezidenti Emmanuel Makronun yaxın gələcəkdə Ukraynaya səfər planı yoxdur.
Bu barədə Fransanın Avropa İşləri üzrə Dövlət katibi Kleman Bon mümkün səfərlə bağlı suala cavabında bildirib.
“Respublika Prezidenti simvolik səfərlər edə bilməz. O, Ukraynaya o vaxt səfər edəcək ki, bu faydalı olsun”, - Dövlət katibi qeyd edib.
Kleman Bonn Fransanın Ukraynaya dəstək məqsədi ilə hərbi və humanitar yardımlar etdiyini xatırladıb.