Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 790 tankı, 2041 zirehli döyüş maşını, 381 artilleriya sistemi, 130 reaktiv yaylım atəş sistemi, 67 havadan müdafiə sistemi, 167 hərbi təyyarəsi, 147 helikopteri, 1487 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 155 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 20 600-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.