• 7 Sentyabr 2024
logo
Ukraynanın Lvov şəhərinə raket zərbələri endirilib

Ukraynanın Lvov şəhərinə raket zərbələri endirilib

Rusiya Ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.
UNIAN xəbər verir ki, bu barədə Lvov vilayətinin rəhbəri Maksim Kozitski və Lvov şəhərinin meri Andriy Sadovi bildirib.
“Lvova 5 raket zərbəsi endirilib. Artıq müvafiq orqanların əməkdaşları həmin yerə yola düşüb. Biz daha ətraflı məlumat əldə etməyə çalışırıq", - Andriy Sadovi deyib.
Zərbələrin nəticələri və hücumun mümkün qurbanları hələlik məlum deyil.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bu zərbələrin şəhəri mülki strukturuna endirildiyini vurğulayıb.
“Avropanın qədim şəhəri Lvovunun mülki infrastrukturuna eyni anda 5 güclü raket zərbəsi endirilib. Rusiya Ordusu Ukrayna şəhərlərinə havadan vəhşicəsinə hücumlarını davam etdirirlər, ukraynalıları öldürmək haqlarını bütün dünyaya rüsvayçılıqla bəyan edirlər”, - Mixail Podolyak "Twitter"də qeyd edib.