Rusiya Ordusunun komandirləri Mariupolun tabe etdirilməsinə sərf edilən vaxta görə narahat olacaqlar.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, ukraynalıların təşkilatlanmış müqaviməti Rusiya qüvvələrini ciddi şəkildə sınayıb və onun personal və material imkanlarını bölərək istənilən yerdəki hücumunu ləngidib.
“Mariupolun ələ keçirilməsi səyləri sakinlər üçün ağır nəticələrə səbəb olub. Belə ki, infrastrukturun bir çox sahələri dağıdılıb və əhali ciddi itkilər verib. Mariupolda əhalinin məskunlaşdığı ərazilərin hədəf seçilməsi Rusiyanın 1999-cu ildə Çeçenistanda və 2016-cı ildə Suriyadakı yanaşması ilə üst-üstə düşür. Bu, Rusiya Müdafiə Nazirliyinin 24 fevral 2022-ci ildə Rusiyanın şəhərlərə və ukraynalıların yaşadıqları ərazilərə zərbə endirilməyəcəyi iddiasının əksinədir”, - vurğulanıb.