• 27 May 2022
logo
Rusiya Federasiyasının itkiləri: Ukrayna müdafiəçiləri 20 mindən çox hərbçini məhv edib

Rusiya Federasiyasının itkiləri: Ukrayna müdafiəçiləri 20 mindən çox hərbçini məhv edib

Ukrayna müdafiəçiləri artıq 20,3 minə yaxın rus hərbçisini məhv ediblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhifəsində yer alan məlumatda deyilir.
Məlumata görə, Rusiya ordusunun fevralın 24-dən aprelin 17-dək şəxsi heyətində ümumi döyüş itkiləri təxminən 20 min 300 nəfərdir.
Bundan əlavə, 773 tank, 2 min 2 zirehli döyüş maşını, 376 artilleriya sistemi, 127 reaktiv yaylım atəşi sistemi, 66 hava hücumundan müdafiə sistemi, 165 təyyarə, 146 helikopter, 1 min 471 nəqliyyat vasitəsi, 8 gəmi/qayıq, 76 yanacaq-sürtkü materialı olan tank və 148 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı məhv edilib.
Həmçinin, Ukrayna ordusu 27 ədəd xüsusi texnika və 4 əməliyyat-taktiki raket sistemləri/taktiki raket kompleksləri atış qurğusunu məhv edib.