Rusiya Silahlı Qüvvələri Kiyevdə hərbi zavodun istehsalat binalarına zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyevdəki zirehli zavodun və Nikolayevdəki hərbi texnika təmiri sexinin istehsalat binaları məhv edilib”, - Rusiya MN sözçüsü qeyd edib.