Filippində “Megi” tropik qasırğası nəticəsində ölənlərin sayı 167 nəfərə çatıb.
“RİA Novosti” xəbər verir ki, daha 110 nəfər isə itkin düşüb. Təbii fəlakətdən ümumilikdə iki milyona yaxın insan əziyyət çəkib.
Qasırğa nəticəsində Filippinin 76 şəhərində elektrik enerjisi təchizatı dayandırılıb.
10,3 mindən çox evə ziyan dəyib ki, onlardan 664-ü tamamilə dağılıb.
Ölkənin 192 şəhərində məktəblər bağlanıb.