• 1 İyul 2025
logo
Ukraynada Pasxa bayramında komendant saatı kilsələrə də şamil olunacaq

Ukraynada Pasxa bayramında komendant saatı kilsələrə də şamil olunacaq

Ukraynada kilsələr Pasxa bayramında komendant saatı zamanı fəaliyyət göstərməyəcək.
“Ukranews.com” saytının xəbərinə görə, bu barədə Ukrayna polisi, Ukrayna Pravaslav Kilsəsi və Ukrayna Yunan-Katolik Kilsəsi məlumat yayıb.
“Dini binalar komendant saatı ərzində bağlı olacaq”, - deyə polisin məlumatında qeyd olunub.
Komendant saatı zamanı Pasxa bayramı ayinlərinin də kilsələrdə keçirilməyəcəyi qeyd olunub.
Bildirilib ki, bayram ərzində polis kilsələr və digər ictimai məkanlara gücləndirilmiş rejimdə nəzarət edəcək.
Qeyd edək ki, Roma Papası Frensisk Ukraynada Pasxa bayramı zamanı sülhə nail olmağa çağırıb.