• 28 May 2022
logo
Gürcüstan parlamentinin sədri bu gün Ukraynaya gedir

Gürcüstan parlamentinin sədri bu gün Ukraynaya gedir

Bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfər edəcək.
Bu barədə Gürcüstan parlamentinin hakim partiyadan olan deputatı Beka Odişaria yerli mediaya açıqlamasında bildirib.
O, səfərin gündəliyi və istiqaməti ilə bağlı təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq məlumat verə bilməyəcəyini qeyd edib.
Şalva Papuaşvilini səfərdə Gürcüstan parlamentinin üç vitse-spikerinin, eləcə də deputatların müşayiət edəcəyi qeyd olunub.