• 15 Sentyabr 2024
logo
Ermənistan XİN: Xüsusi nümayəndələrin görüşünün vaxtı dəqiqləşdirilir

Ermənistan XİN: Xüsusi nümayəndələrin görüşünün vaxtı dəqiqləşdirilir

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri öncədən əldə olunan razılaşmaya əsasən, iki ölkənin münasibətlərinin normallaşdırılması üçün Vyanada görüş keçirəcək.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan bildirib.
Unanyan görüşün tarixinin hələ dəqiqləşdirildiyini qeyd edib.
Xatırladaq ki, Ruben Rubinyan və Serdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada, ikinci görüş isə fevralın 24-də Vyanada baş tutub.