• 28 May 2022
logo
“Minsk Qrupunun həmsədrləri Moskva ilə bütün təmasları dayandırıb” - Rusiya XİN

“Minsk Qrupunun həmsədrləri Moskva ilə bütün təmasları dayandırıb” - Rusiya XİN

Fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüy”ü çərçivəsində Moskva ilə bütün təmasları məhdudlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir:

“Regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün növbəti ardıcıl addımlar tələb olunur, çünki ABŞ və Fransa birgə tərəfdaş kimi əməkdaşlığı dayandırıblar.

Bununla əlaqədar olaraq, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsində davam etdirəcək.

Onun diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması olacaq. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızın İ.Xovayevin səylərinə dəstək verəcəyini ümid edirik. Biz konstruktiv qarşılıqlı əməkdaşlığa açığıq”.