• 29 May 2022
logo
Rusiya XİN: Hazırda Avrasiya regionunda MDB-yə real alternativ yoxdur

Rusiya XİN: Hazırda Avrasiya regionunda MDB-yə real alternativ yoxdur

Hazırda Avrasiya regionunda MDB-yə real alternativ yoxdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Evdokimov RİA Novostiyə müsahibəsində bildirib.
"Əminliklə deyə bilərik ki, qarşılıqlı fəaliyyət sahələrinin müxtəlifliyi və iştirakçıların sayı baxımından hazırda Avrasiya regionunda MDB-yə real alternativ yoxdur”, - rusiyalı diplomat vurğulayıb.
O xatırladıb ki, məhz MDB postsovet məkanında yeni, daha inkişaf etmiş inteqrasiya birliklərinin – KTMT, Avrasiya İqtisadi Birliyi, Rusiya və Belarusun İttifaqı dövlətinin yaranması üçün əsas olub: “Mövcud çətin geosiyasi və iqtisadi vəziyyətdə, ənənəvi və yeni çağırış və təhdidlərin meydana çıxması şəraitində MDB keçmiş sovet respublikaları arasında əsas dialoq platforması, daha qabaqcıl inteqrasiya birliklərinin inkişafı platforması olaraq qalır. Birgə inkişafın belə bir modelinin həqiqətən uğurlu olduğunu göstərir. MDB mövcud olduğu 30 il ərzində böyük yol keçib, nəinki populyar siyasi dialoq platformasına çevrilib, həm də özünün praktiki fəaliyyət dairəsini xeyli genişləndirib. MDB çərçivəsində parlament xətti ilə sıx təmaslar qorunub saxlanılır. 630-dan çox beynəlxalq müqavilə qəbul edilib, onlardan 568-i qüvvədədir”.